Milli Məclisin növbəti plenar iclası keçirilir

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib.

İclasda Mülki Məcəllədə (üçüncü oxunuş), “Əmanətlərin tam sığortalanması haqqında” Qanunda (üçüncü oxunuş), “Əmanətlərin sığortalanması haqqında” Qanunda (üçüncü oxunuş), Əmək Məcəlləsində (üçüncü oxunuş), “Təhsil haqqında” Qanunda (üçüncü oxunuş), “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda (üçüncü oxunuş), Gömrük Məcəlləsində (üçüncü oxunuş) və Vergi Məcəlləsində (üçüncü oxunuş) dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunacaq.

Həmçinin Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə (üçüncü oxunuş), “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunda (üçüncü oxunuş) dəyişikliklər edilməsi, İnzibati Xətalar Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 aprel tarixli 1559-VQD nömrəli və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında”, “Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq.

Deputatlar həm də “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) və “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə” dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini nəzərdən keçirəcəklər.