Milli Məclis Vətən müharibəsinin ildönümü ilə bağlı bəyanat verib

Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclis bəyanat verib.

Trend-in məlumatına görə, bəyanatda qeyd edilir ki, Vətən müharibəsinin başlamasının iki ili tamam olur.

“Əldə edilən möhtəşəm zəfər nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib, torpaq itkilərinə, etnik təmizlənməsinə son qoyub”, – bəyanatda deyilir.