Milli informasiya təhlükəsizliyi sistemi təkmilləşdirilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunda ötən il üzrə mühüm elmi nəticələr əldə olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, prioritet istiqamətlərdə aparılan tədqiqatlar nəticəsində alim və mütəxəssislər tərəfindən milli informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üçün yeni nəsil təhdidlərin aşkarlanması və qiymətləndirilməsi modelləri təklif olunub, mobil bulud resurslarının optimal paylanma infrastrukturunun sintezi üçün metod və alqoritmlər işlənilib. Böyük həcmli verilənlərin (Big Data) intellektual analizi üçün konsensus çəkili klasterləşdirmə metodu və paralelləşdirilmiş k-means alqoritmi işlənilib, neft-qaz sənayesində mədən avadanlığında qəzaların proqnozlaşdırılması üçün hibrid dərin neyron şəbəkə arxitekturaları və müvafiq təlim alqoritmləri təqdim olunub.