Milli Hidrometeorologiya Xidməti: Əksər rayonlarda şimşək çaxıb, yağış yağıb

Milli Hidrometeorologiya Xidmətinin iyunun 6-nа olan məlumatına əsasən, əksər rayonlarda şimşək çaxıb, yağış yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Qrız, Xınalıqda 13, Şəkidə 11, Xaltanda 6, Qusar, Ağdam, Göytəpə, Kişçayda (Şəki) 4, Oğuz, Tərtərdə 3, Balakən, Göyçay, Bərdə, Quba, Altıağacda 2 mm, Gədəbəy, Göygöl, Mərəzə, Şamaxı, Zaqatala, Maştağada 1 millimetr olub.

İyunun 5-də Tərtər rayonunun Qarağacı kəndinə diametri 1.2-1.5 millimetr olan, Tovuz rayonunun Hacıqaya kəndinə, Gədəbəy rayonunun Xarxar, Samanlı və Zəhmət kəndlərinə, Şəki rayonunun cənub hissəsinə xırdadənəli dolu düşüb.

Gecə saatlarında saniyədə 25 metrədək güclənən şimal-qərb küləyi səhər 8:00 radələrindən başlayaraq zəifləyib.

Bakıda temperatur iqlim normasından 1 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22-26, Aran rayonlarında 30-35, dağlıq rayonlarda 21-24, Naxçıvan Muxtar Respublikasında 32-36 dərəcə isti olub.

Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında mülayim şimal küləyi əsəcək, havanın temperaturu 25-28 dərəcə isti olacaq.