Millət vəkili Naqif Həmzəyev seçiciləri ilə görüşüb

Millət vəkili Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatı Qərərgahında seçiciləri
ilə görüşüb.

Həmişə olduğu kimi bu dəfə də millət vəkili hər bir seçicini fərdi qaydada qəbul
edib, ona unvanlanan müraciət və təklifləri təmkinlə, qayğı ilə dinləyib.
Müraciətlər əsasən sosial yönümlü məsələlərdən ibarət olub. Gənclərin
məşğulluğu, sosial və tibbi yardımlarla bağlı müraciətlər nəzarətə götürülüb,
operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı
qrumlarla əlaqə yaradılıb. Əksər məsələlər yerindəcə həllini tapıb.

Millət vəkili Naqif Həmzəyev ona ünvanlanan hər bir müraciəti nəzarətdə
saxlayacağını və məsələlərin həllinə köməklik göstərəcəyini bildirib.

Eyni zamanda görüşdə seçicilər Prezident cənab İlham Əliyevin ölkə
vətəndaşlarına daim xüsusi diqqət və qayğısı nəticəsində bir çox sosial yonümlü
problemlərin həllini tapdığını vurğulayıb, ölkə Prezidentinə təşəkkür edib, hər
zaman dövlət Başçısının apardığı siyasəti dəstəklədiklərini bildiriblər.

Bu slaydşou üçün JavaScript lazımdır.