Millət vəkili Naqif Həmzəyev Gəncədə seçiciləri qəbul edib

Millət vəkili Naqif Həmzəyev Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında yerləşən ofisində seçiciləri ilə növbəti görüşünü keçirib.
Mütəmadi olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşən, onların arzu və təklifləri, problemləri ilə maraqlanan millət vəkili bu dəfə də seçiciləri ayrı-ayrılıqda qəbul edib. Naqif Həmzəyev ona unvanlanan müraciət və təklifləri səbrlə, təmkinlə, qayğı ilə dinləyib, eyni zamanda operativ tədbirlərin görülməsi üçün aidiyyatı qurumlarla əlaqə saxlayaraq, problemlərin həllinə nail olmağa çalışıb.
Görüşdə o da vurğulanıb ki, seçiciləri narahat edən məsələlər daim diqqət mərkəzində saxlanılır, araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülür, həlli çətin məsələlərin yoluna qoyulması üçün müvafiq addımlar atılır.