Mikayıl Cabbarov: “Qeyri-neft sənayesi məhsullarının ixracı 40% artıb”

“Azərbaycanda qeyri neft sektorunun ixrac potensialı sürətlə artır”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov “Twitter”də bildirib.

“Bu ilin 6 ayında qeyri-neft məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 27,1% artaraq 1 162,4 milyon ABŞ dollarını keçib. Bu dövrdə qeyri-neft sənayesi məhsullarının ixracında isə 40,1%-lik artıma nail olunub. Ümumilikdə, I yarımillikdə ixracdan gəlirlərin artımı 14,8% təşkil edib. Bu, maliyyə dayanıqlılığına müsbət təsir etməklə yanaşı, yeni iş yerlərinin yaradılmasını, valyuta ehtiyatlarımızın stabilliyini təmin edir”, – deyə o qeyd edib.