Mikayıl Cabbarov: “KOB-lardan vergi daxilolmaları 61 % artıb”

Ötən il Azərbaycanda kiçik və orta biznes subyektləri üzrə vergi daxilolmaları 2021-ci illə müqayisədə 61 % artaraq 2,9 milyard manata çatıb.

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.

M.Cabbarov bildirib ki, hesabat dövründə KOB-lar üzrə dövriyyə isə 2021-ci illə müqayisədə 19 % artaraq 38,8 milyard manata çatıb.

“Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. KOB subyektlərinin fəaliyyətinin təşviqi iqtisadiyyatımızın şaxələnməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir. 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində ölkəmizdə KOB subyektlərinin sayı 45 % artaraq 355 906-ya və qeyri-neft ÜDM-də payı 23,5 %-dən 26,6 %-ə yüksəlib. Sahibkarlarımıza davamlı uğurlar və nailiyyətlər arzulayırıq”, – nazir qeyd edib.

ƏvvəlkiBakıda MINEPS VII konfransının açılış mərasimi keçirilir
NövbətiBu gün dünyada Mikro, Kiçik və Orta Sahibkarlıq Günü qeyd olunur