“Meyvəli” bazarında yanğın başlayıb

Lökbatan qəsəbəsi ərazisindəki “Meyvəli” bazarında yanğın başlayıb.

“Report”un məlumatına görə, yanğın ərzaq mağazalarının birində qeydə alınıb.

Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.

Yanğının miqyası və digər təfərrüatlar barədə məlumat veriləcək.