Metrostansiyalarda havalandırma sistemi yenilənəcək

Metrostansiyalarda havalandırma sisteminin yenilənməsi ilə bağlı yeni ventilyatorlar alınacaq.

Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda bu istiqamətdə metropolitendə işlər görülür: “Havalandırma sistemlərinin vəziyyəti ilə bağlı monitorinqlərə başlanılıb. Hazırda havalandırma sistemlərinin vəziyyəti öyrənilir. Bilirsiniz ki, artıq metrostansiyaların müasir sistemlərlə əvəzlənməsi məqsədilə ümumilikdə 17 ventilyasiya sistemi yenisi ilə əvəzlənib. Bu proses davam etdirilir. Monitorinq başa çatdırılandan sonra metro stansiyaları və tunellərdə havalandırma sistemi qiymətləndiriləcək və ehtiyac olduğu təqdirdə digər ventilyasiya sistemləri də yenisi ilə əvəzlənəcək”.

Əvvəlkiİyulun 12-də Azərbaycanda koronavirusa qarşı 39 minə yaxın vaksin vurulub
NövbətiMəhkəmə şəhid ailələrindən pul alan şəxslərlə bağlı qərar çıxardı