Metro və avtobuslar şənbə-bazar günləri işləməyəcək

Həftəsonları ictimai nəqliyyat üçün nəzərdə tutulan məhdudiyyət yenə də qüvvədə olacaq.

Bunu “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, şənbə və bazar günləri üçün avtobuslar işləməyəcək: “Mayın 31-dən sonra açılacaq metro da həftəsonları fəaliyyət göstərməyəcək. Yəni həm avtobus, həm də metro həftənin I-V günləri işləyəcək”.