MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər

Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən növbəti iclasının iştirakçıları oktyabrın 30-da Şəhidlər xiyabanını ziyarət ediblər.

İclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən iclas iştirakçılarına Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

ƏvvəlkiDağlıq Qarabağın işğalı faktının tanınmasından narahat olanlar…
NövbətiAtəşkəs rejimi 22 dəfə pozulub