Mayın 31-dən Azərbaycanda açıq məkanlarda maskanın taxılması tələbi ləğv olunur

Mayın 31-dən başlayaraq Azərbaycanda açıq məkanlarda maskanın taxılması tələbi ləğv olunur.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.