Martın 29-da Azərbaycanda COVID-19 əleyhinə 19 min dozaya yaxın vaksin vurulub

Martın 29-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 18 min 957 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1 min 31, ikinci doza vaksinlərin sayı – 2 min 475, üç və daha çox doza vaksinlərin sayı – 14 min 568, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 883-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 425 min 32, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 322 min 427, ikinci mərhələ üzrə 4 milyon 821 min 276, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 54 min 89, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 227 min 240-dır.