Martın 28-dək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,Martın 24-dən martın 28-i də daxil olmaqla, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayında dəyişiklik edilir.

Sərnişin tələbatını nəzərə alaraq, martın 24-dən martın 28-i də daxil olmaqla, Bakı-Sumqayıt-Bakı elektrik
qatarlarının sayında dəyişiklik edilir. Sərnişinlərin nəzərinə çatdırırıq ki, həmin tarixlərdə Bakıdan saat
17:00, 18:30 və 19:55-də yola düşən qatarlar, Sumqayıtdan isə Bakıya saat 17:45, 18:45 və 19:30 – da
qayıtmalı olan qatarların hərəkəti ləğv olunur.