Martın 24-də Azərbaycanda COVID-19 əleyhinə 6 min 914 doza vaksin vurulub

Martın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 6 min 914 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 347, ikinci doza 787, üç və daha çox doza 5418, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 362-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 382 min 494, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 320 min 73, ikinci mərhələ üzrə 4 milyon 816 min 72, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 21 min 324, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 225 min 25-dir.