Martın 16-da Azərbaycanda COVID-19 əleyhinə 17 min 574 doza vaksin vurulub

Martın 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 17 min 574 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 868, ikinci doza vaksinlərin sayı – 1729, üç və daha çox doza vaksinlərin sayı – 14 min 72, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 905-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 303 min 938, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 316 min 267, ikinci mərhələ üzrə 4 milyon 807 min 323, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 959 min 219, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 221 min 129-dur.