Marneulidə səhra xəstəxanası yaradıldı

Gürcüstanın Marneuli rayonunda səhra xəstəxanası yaradılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Xəstəxana Gürcüstan hökumətinin qərarı ilə təşkil olunub. Onun qurulması işlərini ötən gecə Fövqəladə Halların İdarə olunması Xidməti həyata keçirib.

Qeyd edək ki, Marneulidə koronavirusun daxili yayılması təhlükəsi olduğundan rayonda bu gündən ciddi karantin rejimi tətbiq olunur.