Maqnus Karlsen şahmat üzrə dünya çempionu titulunu qoruyub

Norveçli Maqnus Karlsen şahmat üzrə dünya çempionu titulunu qoruyub.

“Report”un məlumatına görə, 28 yaşlı qrossmeyster şahmat tacı uğrunda görüşdə ABŞ təmsilçisi Fabiano Karuananı tay-breykdə üstələməyi bacarıb. O, hər biri 25 dəqiqədən ibarət rapiddə ardıcıl 3 görüşdə və dörd partiyalıq mini-matçda qələbə qazanıb.

Beləliklə, Karlsen 5 ildir, ələ keçirdiyi dünya çempionluğunu özündə saxlamağı bacarıb.

ƏvvəlkiUNESCO-da Türksoy Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının 25 illik yubileyi keçirilib
NövbətiAtəşkəs rejimi 26 dəfə pozulub