Malidəki üsyançılar prezident və baş naziri tutublar

Malidə hərbi qiyamçılar paytaxt Bamakoda ölkə prezidenti İbrahim Bubakar Keytanı və Baş nazir Bubu Sisseni həbs ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə “France Presse” agentliyi üsyançıların liderlərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, prezident və baş nazir evlərində həbs olunublar. Hazırda onları zirehli avtomobillə qiyamın baş qaldırdığı Kati hərbi bazasına aparırlar.