Maks Ferstappen “Formula-1” üzrə Fransa Qran Prisinin qalibi olub

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə Fransa Qran Prisinin qalibi olub.

Trend-in məlumatına görə, yarışlar “Pol Rikar” avtodromunda keçirilib.

Qran Prini ikinci yerdə “Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton, üçüncü yerdə isə L.Hemiltonun komanda yoldaşı Corc Rassel başa vurub.

“Formula-1″in növbəti mərhələsi 29-31 iyul tarixlərində Macarıstanda baş tutacaq.