Maduro işi üzrə növbəti məhkəmə iclası martın 17-si keçiriləcək

Nyu-York məhkəməsi Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores işi üzrə növbəti iclası 17 mart tarixində təyin edib.

“Report” xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

“Növbəti iclas 17 mart saat 11:00-da keçiriləcək”, – hakim bildirib.

“Maduro və həyat yoldaşı təxminən 30 dəqiqə davam edən dinləmədən sonra məhkəmə zalını tərk ediblər”, – məlumatda qeyd olunub.

İclas zamanı təqsirləndirilən şəxs hərbi oğurluğun qanuniliyi ilə bağlı problemlərə işarə edib. Maduro həmçinin hakimlərin diqqətini sağlamlıq problemlərinə yönəldib və həbs müddətində müvafiq tibbi yardım almaq üçün müraciət edib.

Siliya Floresin vəkili Mark Donnelli onun da sağlamlıq problemləri olduğunu vurğulayıb.

“Floresin qabırğalarında güclü əziklər var və ona lazımi qulluq göstərilməlidir”, – o, müdafiə etdiyi şəxsin saxlanılması və ABŞ-yə daşınması zamanı zorakılığa məruz qaldığını göstərib.

ƏvvəlkiƏrdoğan ilə Tramp arasında telefon danışığı olub
NövbətiAzərbaycan Prezidenti: Bizim qısamüddətli planlarımız 8 giqavat enerji əldə etməkdir