İran hakimiyyəti ölkədə baş verən etirazları etiraf edib və nümayişçilərlə dialoqa başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Prezident Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə şəxsən görüşüb.
“Hökumət etirazları qəbul edib və etirazçıların nümayəndələri ilə danışıqlar aparıb. Prezident isə onlarla birbaşa görüşüb”, – deyə nazir qeyd edib.






















































