Məşhəddə ziyarətçilərə hücum olub

İranın Məşhəd şəhərində naməlum şəxs ziyarətçilərə hücum edib.

“Report” xəbər verir ki, məlumatı İSNA yayıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Silahlı şəxs isə saxlanılıb.

Qeyd edək ki, Məşhəddə İmam Rzanın məqbərəsi yerləşir.