Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 1 300-ü ötüb

Mərakeşdə güclü zəlzələ nəticəsində ölənlərin sayı 1 305 nəfərə çatıb.

“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət zamanı azı 1832 nəfər yaralanıb.