Məktəblilərimiz Avropa Qızlar Riyaziyyat Olimpiadasından 3 medal gətirib

Virtual şəkildə təşkil olunan IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) başa çatıb.

Sözügedən elm yarışında ölkəmizi təmsil edən Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Zəhra Bayramlı, Humanitar fənlər təmayüllü məktəb-liseyin X sinif şagirdi Aysun Bayramlı və Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fidan Qarayeva uğurla çıxış edərək bürünc medal qazanıblar.

Qeyd edək ki, builki olimpiadada dünyanın 53 ölkəsindən 205 şagird bilik və bacarıqlarını sınayıb. Məktəblilərimiz bu il 4-cü dəfədir ki sözügedən elm yarışına qatılıb.

Ümumi nəticələrlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.egmo.org/registration/2020/person?@template=scoreboard