Məktəblərdə COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat

Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat açıqlanıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 26 şagirdin, işçi heyətdən 1 nəfərin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 21 şagird, işçi heyətdən 8 nəfər isə koronavirusa yoluxub. 2 sinifdə əyani təhsilə keçid olunub. 8 məktəbdə və 6 sinifdə dərslər təhsilin distant formasına keçirilib. Beləliklə respublika üzrə distant təhsilə keçid etmiş məktəblərin sayı 10-a, siniflərin sayı isə 40-a çatıb.