“Məişət zorakılığını yaradan səbəblər və onların aradan qaldırılmasına dəstək” layihəsi çərçivəsində dəyirmi masa keçirildi

22 avqust 2019- cu il tarixində Salyan rayon Tarix- Diyarşünaslıq muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi  Şurasının  dəstəyilə  “Sağlam yaşa” Gənclərin maarifləndirilməsi İctimai Birliyinin “Məişət zorakılığını yaradan səbəblər və onların aradan qaldırılmasına dəstək” layihəsi çərçivəsində dəyirmi masa keçirilmişdir. Tədbiri layihə rəhbəri Tələt Qəribov açaraq məişət zorakılığı haqqında genış məlumat verib. Ailə institunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində davamlı islahatlar aparılmasına baxmayaraq, məişət zorakılığına qarşı mübarizə dünyanın hər yerində olduğu kimi bizim ölkəmizdə də mürəkkəb bir problemə çevrilmişdir. Çünki əksər hallarda zorakılıq halları ətraf mühitdən gizlədilir, nəticədə ailələr dağılır, insanlar sağlamlığını itirir, hətta fərdin özünü cəzalandırması- intiharla nəticələnir. Çəmiyyətin aktual probleminə çevrilən məişət zorakılığı insanlığa qarşı qəddarlıq olduğundan, zorakılıq halları ilə bağlı cinayətlərin sayında surətli artım müşahidə edildiyindən, xüsusən də zorakılıq səbəbindən ölüm halları çoxaldığından bu mübarızədə hər bir vətəndaşın iştirakına sosial ehtiyac tələb olunur.

Mövzu ətrafında rayon Ağsaqqallar şurasının sədri Beydulla İmanov, yazıçılar birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimov,  rayon Mədəniyyət şöbəsinin müdiri Günaydın Əhmədova, tədaüdçü  hüquqşunas Aftandil  Məlikov, rayon kitabxanasının direktoru  Səidə Əliyeva və başqaları  çıxış edərək mövzu ətrafında öz fikir və təkliflərin səsləndirdilər.

“Sağlam yaşa “ GM İB-nin icraçı direktoru

Tələt Qəribov