Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.
Bununla bağlı aidiyyəti dövlət qurumları və ekspertlərlə danışıqların aparıldığını söyləyən nazir bildirib ki, yaxın zamanlarda Zəfər Muzeyinin yeri ictimaiyyətə açıqlanacaq.