Mədəniyyət naziri Əsa Teatrının yer probleminə münasibət bildirib

“Əsa Teatrına mədəniyyət müəssisələrində güzəştli şərtlərlə yerin verilməsi nəzərdən keçirilir”.

“Report”un xəbərinə görə, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Əsa Teatrı yaradıcılıq sahəsinə yeni məzmun gətirib: “Bu məsələdə Əsa Teatrına dəstək olmağa hazırıq. Onların məşqlərinin keçirilməsi üçün gözəştli şərtlərlə müəssisələrimizdə yer ayrılmasını yüksək qiymətləndiririk. Onlara yer verilməsi məsələsi də nəzərdən keçiriləcək”.

Qeyd edək ki, Əsa Teatrı Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatrıdır.