Lukaşenko: “S-400” və “İskander” döyüş növbəsinə gətirilib”

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın “S-400” və “İskander” raket sistemlərinin artıq ölkədə döyüş növbəsinə gətirildiyini bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı rusiyalı həmkarı Vladimir Putinlə görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün biz sizin Belarusa təhvil verdiyiniz S-400 sistemlərini, ən əsası isə altı ay əvvəl bizə təhvil verdiyiniz “İskander” kompleksini döyüş növbəsinə qoyuruq”, – Belarus lideri söyləyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Belarusun paytaxtı Minskdə birgünlük işgüzar səfərdədir.