London Tehrandakı səfirini geri çağırıb

Böyük Britaniya Xarici İşlər Nazirliyi ikili – İran və Britaniya vətəndaşlığı olan Əlirza Əkbərinin İran hakimiyyəti tərəfindən edam edilməsi ilə əlaqədar Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

“Report” xəbər verir ki, Britaniya diplomatiyasının rəhbəri Ceyms Kleverli qeyd edib ki, London Tehrana doğru digər addımları da nəzərdən keçirir.

“Biz rejimi cavab verməyə çağırırıq. Böyük Britaniya bu gün İranın baş prokuroru Məhəmməd Cəfər Montazeriyə qarşı sanksiyalar tətbiq edib, İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkilini çağırıb və Britaniya səfirini məsləhətləşmələr üçün müvəqqəti olaraq geri çağırıb.

İranın hərəkətlərinə cavabımız bu gün edilənlərlə məhdudlaşmayacaq. Biz növbəti addımları nəzərdən keçiririk”, – Kleverli tviter hesabında yazıb.