Livandakı partlayışda ölənlərin sayı artıb

Livanın paytaxtı Beyrutda baş verən ard-arda iki partlayışda azı 10 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Təhlükəsizlik orqanlarındakı mənbə bildirib ki, tibb müəssisəsinə 10 meyit gətirilib. Hadisə zamanı həmçinin yüzlərlə insanın xəsarət aldığı bildirilir.