Litva Rusiyaya məxsus iki hərbi təyyarənin hava məkanını pozduğunu açıqlayıb

Litva Rusiyaya məxsus iki hərbi təyyarənin axşam saatlarında ölkənin hava məkanını pozduğunu açıqlayıb.

AZƏRTAC Almaniya mediasına istinadla xəbər verir ki, Kalininqrad regionundan havaya qalxan iki rus hərbi təyyarəsinin axşam saatlarında qısa müddətə Litva hava məkanını pozduğu bildirilib. Təyyarələrin 700 metr dərinliyədək Litva ərazisinə daxil olduğu və təxminən 18 saniyə sonra hava məkanını tərk etdiyi qeyd olunub. Onların Baltik dənizi üzərində havada yanacaqdoldurma təlimi həyata keçirdiyi ehtimal edilir.

Hadisəyə reaksiya olaraq, NATO-nun Litvadakı hava patrul missiyası çərçivəsində xidmət edən İspaniya Hərbi Hava Qüvvələrinə məxsus iki “Eurofighter Typhoon” təyyarəsi havaya qalxıb və həmin bölgədə patrul uçuşlarına başlayıb.

Latviya Prezidenti Gitanas Nauseda açıqlamasında bildirib ki, bu, beynəlxalq hüququn və Litvanın ərazi bütövlüyünün açıq-aşkar pozulmasıdır. Hadisə bir daha Avropanın hava hücumundan müdafiə hazırlığının gücləndirilməsinin vacibliyini təsdiqləyir.

ƏvvəlkiVladimir Putin: Söhbət Rusiya–ABŞ sammitinin ləğvindən deyil, təxirə salınmasından gedir
NövbətiMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında 4 məsələ müzakirə edilib