Lerikdə zəlzələ baş verdi

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Türk.az-a verilən xəbərə görə,  yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. Təkanların maqnitudası 5.1, dərinliyi isə 15 km olub.