Le Pen Fransa prezidenti seçkilərində məğlub olduğunu etiraf edib

“Milli Birləşmə” Partiyasının namizədi Marin Le Pen Fransa prezidenti seçkilərinin ikinci turunda məğlub olduğunu etiraf edib.

Trend xəbər verir ki, Le Pen Fransada seçki məntəqələri bağlandıqdan sonra ictimaiyyətə açıqlanan prezident seçkilərinin ikinci turunun ilkin nəticələrini uğurlu adlandırıb.

“Bu nəticə bizim üçün parlaq qələbə idi. Milyonlarla avropalı üçün olduğu kimi, bizim üçün də bu nəticə mövcud sistemdən kəskin narazılığın simvoludur”, – deyə M.Le Pen bildirib.

“BFM” telekanalı bildirib ki, M.Le Pen ölkənin hazırkı prezidenti Emmanuel Makrona zəng edərək onun qələbəsini etiraf edib.