Lavrov: Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir

Rusiyada səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, S.Qafarovanı və nümayəndə heyətini salamlayan S.Lavrov bu səfərin Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafına dəyərli töhfə olacağına inamını bildirib.

Sergey Lavrov Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bildirdi ki, Rusiya ATƏT-nin Minsk qrupunun həmsədri kimi problemin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir. O, bildirdi ki, Ermənistanın Baş naziri N.Paşinyanın Dağlıq Qarağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prossesinə maneə törədir. Bu rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prossesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır.