“Lake Hotel”in 4 işçisinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb

“Lake Hotel”də elektrik cərəyanı vuran 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Bu barədə “Report”un sorğusuna TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən cərəyanvurma hadisəsinin baş verməsi səbəbilə təcili çağırış qeydə alınıb.

Saat 12:00-da təcili tibbi yardım briqadası çağırış ünvanına çatıb.

Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

ƏvvəlkiYasamalda yaşayış binasında yanğın söndürülüb, üç nəfər tüstüdən boğularaq ölüb