Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən azad edilib

Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən azad edilib.

Türk.az məlumatına görə, bununla bağlı Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalanıb.

Mətləb Ağakərim oğlu Kərimov öz istəyi ilə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən ayrılıb.

Qeyd edək ki, M.Kərimov 2016-cı ildən Kürdəmir rayon Kənd Təsərrüfatı İdarəsinin, qurumun adı dəyişdikdən sonra isə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışırdı.

ƏvvəlkiAli Məhkəmənin Kollegiya sədri AŞPA-nın Azərbaycan üzrə məruzəçisi ilə görüşüb
NövbətiPrezident İlham Əliyev türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib – YENİLƏNİB