Kür çayı Xəzər dənizinə qovuşub

Kür çayı artıq Xəzər dənizinə qovuşub.

Bu barədə Neftçala rayon sakinləri “Report”un Muğan bürosuna məlumat veriblər.

Onların bildirdiyinə görə, nəticədə dünəndən etibarən Kür çayının suyu dənizə tökülür və su şirinləşib. Son günlər Kür çayının aşağı axınında yerləşən Salyan və Neftçala rayonlarında suyun səviyyəsi 1 metr qalxıb.

Qeyd edək ki, bu ayın əvvəlindən Kür çayında su azalıb, Salyan və Neftçala rayonunun bəzi yerlərində tamamilə qurumuşdu.