KTMT: Yanvarın 19-dək bütün sülhməramlılar Qazaxıstanı tərk edəcəklər

Yanvarın 19-dək bütün sülhməramlılar Qazaxıstanı tərk edəcəklər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas “Belarus 1” telekanalına müsahibəsində deyib.

S.Zas bildirib ki, Qazaxıstanda vəziyyət yaxşılaşır, lakin ölkə hakimiyyətinin hələ çox işi var.

KTMT-nin baş katibi Qazaxıstanda iğtişaşlar zamanı saxlanılanlar arasında əcnəbilərin olduğunu qeyd edib.