Krım körpüsü partladılıb, Rusiya hökuməti xüsusi komissiya yaradıb

Rusiyanın Baş naziri Mixail Mişustin Krım körpüsündə baş verən partlayışla bağlı hökumət komissiyasının yaradılması barədə fərman imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Bundan başqa, dövlət qurumlarından qeyd edilib ki, mövcud duruma baxmayaraq, Krıma yanacaq təminatı davam edəcək.