İyulun 27-də Konqo Demokratik Respublikasının Komanda şəhərindəki kilsəyə silahlı hücum nəticəsində 38 mülki şəxs ölüb, 15 nəfər yaralanıb. Bir neçə nəfərin itkin düşdüyü haqqında məlumat verilib. Ölü sayının artacağı istisna olunmur.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, ölkənin şimal-şərqində yerləşən Komanda şəhərində qanlı hadisəni Demokratik Müttəfiq Qüvvələrinin atıcı və soyuq silahlarla silahlanmış üzvləri həyata keçirib.
Şəhər rəhbərliyindən bildirilib ki, qəfil hücum zamanı kilsədə ayin keçirilirmiş.