Konfrans Liqası: “Sabah” “Partizan”ı 2 cavabsız qolla məğlub edib

“Sabah” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

“Report”un məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya “Partizan”ı ilə qarşılaşıb.

“Bank Respublika Arena”dakı görüş Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb – 2:0. Meydan sahiblərindən hər iki qolu Boyan Letiç vurub. Sol cinah müdafiəçisi 70 və 74-cü dəqiqələrdə fərqlənib. 69-cu dəqiqədə Aleksey İsayev penalti zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 17-də Belqradda baş tutacaq.