Komitə “Həyat bilgisi” dərsliyində düzəlişlər etdi: DİNİN TƏDRİSİNDƏN SÖHBƏT GEDƏ BİLMƏZ

“2019/2020-ci tədris ilində ümumtəhsil müəssisələrinin IV və VIII sinifləri üçün istifadədə olan “Həyat bilgisi” dərsliklərinin nəşrqabağı təkmilləşdirilməsi məqsədilə həmin dərslik layihələrinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünas ekspertləri tərəfindən təhlili aparılıb”.

Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova məlumat verib.

Onun sözlərinə görə, düzəlişlərin edilməsi üçün müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub, həmin təkliflər bu dərsliyin yenidən nəşrində nəzərə alınıb:

“Dəyişikliklərə əsasən, “Həyat bilgisi” dərsliyində dinlə bağlı mövzular daha da təkmilləşdirilib. Bir daha bildiririk ki, ümumtəhsil müəssisələrində dinin tədrisindən söhbət gedə bilməz. Çünki Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır. Təhsil dünyəvi xarakter daşıyır. “Həyat bilgisi” 1-ci sinifdən 9-cu sinfədək tədris olunur və dərslikdə şagirdlərə həyatda qarşılaşa biləcəkləri məsələlərlə bağlı ümumi dünyagörüşü formalaşdırmaq məqsədilə müəyyən biliklər verilir. Din də insan həyatının ayrılmaz parçasıdır və şagirdlərə ilkin dini biliklər, din haqqında ümumi məlumatlar verilməsi bu baxımdan lazımlıdır”.

ƏvvəlkiGürcüstanın yeni baş naziri sabah məlum olacaq
Növbəti500-ə yaxın naxçıvanlı şagird çıxılmaz durumda- MUXTAR RESPUBLİKANIN SAKİNLƏRİ BAKIDA MƏKTƏB QEYDİYYATINA DÜŞƏ BİLMİR