KİV: Hindistandakı təyyarə qəzasında 310-dan çox insan ölüb

Hindistanın qərbində “Air India” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox insan həlak olub.

“Report” xəbər verir ki, bu barədə “The New Indian Express” polis mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, polis qəzaya uğrayan təyyarənin göyərtəsində olan 240-dan çox insanın öldüyünü təsdiqləyib. Daha 75 nəfər təyyarənin hava limanı yaxınlığında qəzaya uğradığı yerdə ölüb.

ƏvvəlkiCNN: ABŞ 530 mindən çox miqrantın yaşayış icazəsini ləğv edəcək