“Kibergigiyena layihəsi”nin ilk məzunları məlum olub

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin dövlət qurumları üzrə koordinasiyasını həyata keçirdiyi və 4 000 dövlət qurumu əməkdaşının iştirak etdiyi “Kibergigiyena layihəsi”nin ilk məzunları məlum olub.

“Report” bu barədə Mərkəzə istinadən xəbər verir.

Məlumata görə, 3 mərhələdən ibarət olan müsabiqəsinin ilkin mərhələsini 80% istifadəçilər tamamlasa da, yalnız 3 dövlət qurumunun – Zərdab, Yardımlı və Ucar Rayon İcra Hakimiyyətlərinin pilot layihədə iştirak edən əməkdaşları bütün mərhələləri keçməklə layihənin ilk məzunları adına layiq görülüblər.