Kabildə partlayış baş verib, 4 nəfər ölüb

Kabildə xüsusi hərbi qüvvələr bazasının yaxınlığında törədilən partlayış nəticəsində təhlükəsizlik qüvvələrinin 4 qulluqçusu ölüb, 3-ü isə xəsarət alıb.

“Report” “TOLO News”a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin sözçüsü Ruhulla Əhmədzai bildirib.

Terrorçu kamikadze tərəfindən törədilən partlayışdan sonra ərazidə atışma olub.

Hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.