Kərbəlada oturaq aksiyanın dağıdılması zamanı 18 nəfər ölüb

İraqın Kərbəla şəhərində təhlükəsizlik qüvvələri tərəfindən oturaq aksiyanın iştirakçılarının dağıdılması zamanı azı 18 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, etirazçıları dağıtmağa çalışan asayiş keşikçiləri odlu silahdan istifadə edib. Bu məlumat hələ rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, oktyabın 1-də İraqın bəzi regionlarında hökumət əleyhinə etirazlar başlayıb. Bağdadda, eləcə də ölkənin cənub və şimal əyalətlərində insanlar hökumətin istefasını tələb edib. Dinc mitinqlər qısa zamanda polis və hərbi heyətlə şiddətli qarşıdurmalara çevrilib.

Səlahiyyətlilərin rəsmi məlumatına görə, ayın əvvəlində etirazlarda 157 nəfər ölüb, təxminən, 3,5 min insan zərər çəkib.

ƏvvəlkiMDB Müdafiə Nazirləri Şurasının Bakıda keçiriləcək iclasının proqramı açıqlanıb
NövbətiBacısı: “Fədayə Laçın mətbuat konfransı keçirəcək”