İyulun 6-da Azərbaycanda koronavirusa qarşı 62 minə yaxın vaksin vurulub

İyulun 6-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 61 min 922 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 26 min 425, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 35 min 497 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 855 min 455-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 371 min 796, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 483 min 659 nəfərdir.